Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində yol qəzası baş verib. Bu haqda bu gün, 26 sentyabr tarixində Bakuplus.az xəbər verir.
Hadisə Maştağa yolunda qeydə alınıb. İlkin məlumata görə, “BMW” markalı avtomobil “Mercedes” markalı nəqliyyat vasitəsini arxadan vurub. Nəticədə hər 2 maşına maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.