Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 11 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, aprelin 10-u mağazaların birindən 1000 manat dəyərində qızıl-zinət əşyaları soyğunçuluq yolu ilə talanıb.
Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş F.Hacıyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.