Bakının Sabunçu rayonunda piyada yol qəzasına uğrayıb. Bu haqda bu gün, 3 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə Maştağa qəsəbəsində qeydə alınıb. 51 yaşlı Kəmalə Şirinova yolu keçən zaman, onu avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.