Xəzər rayonunda öz evini yandıran şəxs tutulub. Bu haqda bu gün, 7 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Maştağa qəsəbəsi, Albalılıq yaşayış sahəsində baş verib. Y.Rəcəbov yaşadığı evi yandırmaqda şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırmalar davam edir.