Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən mağazaların birindən 400 manat dəyərində oğurluq edilib. Bu haqda bu gün, 18 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq etməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş İ.Rəcəbov saxlanılıb.
Fakt araşdırılır.