Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində narkotiklərin satışı ilə məşğul olan şəxsdən silah-sursat ələ keçirilib. Bu haqda bu gün, 21 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Növbəti əməliyyat zamanı polis əməkdaşları tərəfindən qəsəbə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Hüseynəli Xəlilov saxlanılıb. Baxış zamanı onun üzərindən 20 qrama yaxın metamfetamin, evindən əlavə 2 kiloqram marixuana,“Kalaşnikov” markalı avtomat və həmin silaha aid daraq aşkar edilib.
Faktla bağlı toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
[URIS id=91466]