Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində Dövlət Gömrük Komitəsi Akademiyasının qarşısında yol qəzası baş verib. Bu haqda bu gün, 27 iyul tarixində Bakuplus.az məlumat verir.
Yük avtomobilinin sürücüsü işıqforun qırmızı işığında dayana bilmədiyinə görə idarəetməni itirərək işıqfora çarpılıb. Daha sonra avtomobil dərəyə aşıb və daş divara çarpılıb.
Hadisə nəticəsində işıqfor yararsız hala düşüb, sürücü yüngül xəsarətlər alıb. Fakt araşdırılır.