Bakı bulvarının dəniz sularında tapılan meyitin kimə məxsus olduğu məlum olub. Bu haqda 27 mart tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat verib.
Fövqəladə Hallar Nazirliyinə Səbail rayonu ərazisində insan meyitinin tapıldığı barədə məlumat daxil olub. Hadisə yerinə gələn xilasedicilər 19 yaşlı BDU tələbəsi İlkin Qənbərlinin meyitini sudan çıxarıblar.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları bu faktla bağlı araşdırma aparır. 19 yaşlı gəncin ölüm səbəbi aparılan araşdırmalardan sonra məlum olacaq.
Daha öncə, 5 mart tarixində məlum olmuşdur ki, Bakı Dövlət Universitetinin tələbəsi İlkin Qənbərli itkin düşmüşdür.