Bakı metrosunda ölüm hadisəsi baş verib. Bu haqda bu gün, 10 noyabr tarixində Bakuplus.az Metropolitenə istinadən xəbər verir.
70 yaş civarında sərnişinin bu gün saat 6:06-da "Həzi Aslanov” - “Dərnəgül" marşrutu üzrə hərəkətdə olan qatarda halı pisləşib. Hadisə yerinə Təcili Tibbi Yardım xidməti dəvət olunub və sərnişin “Neftçilər” stansiyasında düşürülüb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.