Metroda sərnişin vəfat edib. Bu haqda bu gün, 29 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə metropolitenin “Nəriman Nərimanov” stansiyasında qeydə alınıb. Qatardan düşərək ərazini tərk edən yaşlı kişi sərnişin stansiya vestibülündə özünü pis hiss edib. Onun həyatını xilas etmək mümkün olmayıb.