Metroda oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 22 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Ağdam rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Cəlaləddin Abdullazadə metronun “İnşaatçılar” stansiyasında Bakı şəhər sakini olan bir qadının içərisində pulu, bank kartı, sənədlər və ev açarları olan pulqabısını oğurlamaqda şübhəli bilinir.
Onun barəsində araşdırmalara başlanılıb.