Bakının Yasamal rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 7 mart tarixində Bakuplus.az xəbər verir.
Hadisə Zivər bəy Əhmədbəyov və Salatın Əsgərova küçələrinin kəsişməsində qeydə alınıb. “Toyota” markalı avtomobil manevr edən zaman “Hyundai Elantra” markalı nəqliyyat vasitəsilə toqquşub. Qəza nəticəsində hər iki avtomobilə maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.