Paytaxtın Qaradağ rayonunda piyadanın iştirakı ilə avtoqəza baş verib. Bu haqda bu gün, 3 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
48 yaşlı Şahbuz rayon sakini Elsəvər Cəfərov Lökbatan qəsəbəsi, “Meyvəli” bazarının qarşısında avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.