Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Meyvəli” bazarında qadın ölüb. Bu haqda bu gün, 7 avqust tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Qazax rayon sakini, 64 yaşlı Firuzə Qaraxanova işlədiyi yerdə ölüb. Hadisə yerinə cəlb olunan hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə və meyitə baxış keçiriblər. Hadisə araşdırılır.