Paytaxtın Suraxanı rayonunda avtomobil qaçırılıb. Bu haqda bu gün, 9 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakinləri B.Ağayev və T.İsmayılov Əmircan qəsəbəsi ərazisində həmyerliləri R.Nəsirlinin “Audi” markalı avtomobilini oğurlamaqda şübhəli bilinərək saxlanılıblar.
Onlar barəsidə araşdırma aparılır.