Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsində küçədən meyit tapılıb. Bu haqda bu gün, 13 aprel tarixində Lent.az məlumat verib.
Küçədə aşkar edilən kişi meyitinin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Araşdırma zamanı onun Naxçıvan şəhər sakini, 61 yaşlı Süleyman Hüseynova məxsus olduğu məlum olub.
Onun ölümünün səbəbləri məlum deyil.