Bakının Nizami rayonu, Babək prospektində yerləşən “Monte Karlo” şadlıq sarayında işçilər arasında kütləvi dava baş verib. Bir nəfər bıçaqlanıb. Bu haqda bu gün, 18 iyul tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.
Restoranda keçirilmiş toy məclisindən sonra başlayan dava zamanı 38 yaşlı Murad Musayev bıçaqlanb. O, ağır vəziyyətdə xəstəxanaya aparılıb.
İlkin məlumata görə, hadisənin orada ofisiant işləyən Masallı sakinləri – 30 yaşlı Zaur Əkbərov və qardaşı Əli tərəfindən törədilməsi müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.