Paytaxtdakı avtoyuma məntəqəsinin qarşısında kişi ölüb. Bu haqda bu gün, 11 noyabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.
Hadisə ötən gün günorta saatlarında baş verib. Şirvan rayon sakini İmaş Əliyev “Hyundai Accent” markalı avtomobilini yuduzdurduqdan sonra kənara çəkib və arxa qapını açmaq istəyən zaman qəflətən yıxılıb. Kişi hadisə yerində dünyasının dəyişib.
İlkin məlumata görə, onun ürək tutmasından öldüyü deyilir.