Yasamal rayonu, İnşaatçılar prospektində partlayış baş verib. Bu haqda bu gün, 6 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə prospektdə yerləşən qazanxanada qeydə alınıb. Nəticədə qazanxana binası yararsız vəziyyətə düşüb, yaxınlıqdakı binanın şüşələri qırılıb, “Toyota” markalı minik avtomobilinin üzərinə daşlar tökülüb, daha 10 maşına ziyan dəyib, 1 nəfər yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam edir.