Paytaxtın Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsində yerləşən “Lemoon cafe”-də qayda pozuntuları aşkarlanıb. Bu haqda bu gün, 3 mart tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Keçirilən yoxlama zamanı müəssisədə pandemiya dövrünün tələblərinə riayət olunmaması, eləcə də normaya uyğun olmayan məhsulların istifadəsi faktları və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı rəhbərlik məsuliyyətə cəlb olunub.
[URIS id=35542]