Paytaxtın Nərimanov rayonunda 4 nəfərdə odlu silah aşkar edilib. Bu haqda bu gün, 28 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Fuad Musayev, Elşad Quliyev, Xəlil Xəlilov və Ələkbər Məmmədovda ümumilikdə 3 ədəd “Makarov” markalı tapança, 3 ədəd daraq, 18 ədəd patron, 1 ədəd “Toz-17” markalı sənədləri olmayan yivli ov tüfəngi aşkarlanıb.
Saxlanılan şəxslər barəsində araşdırmalara başlanılıb.