Bakıda yarışa çıxan "avtoşlar" qəzaya düşüb. Bu haqda 26 yanvar tarixində Avtosfer.az xəbər verib.
Gecə saatlarında Nərimanov rayonu, Təbriz küçəsində "Nissan" və "VAZ 2107" markalı avtomobillər “yarışa” çıxan zaman, onlardan biri qəza törədib. "VAZ 2107"-nin sürücüsü idarəetməni itirərək yolun kənarında dayanan digər avtomobilə çırpılıb.
Qəza nəticəsində sürücü xəsarət alıb.