Nərimanov rayonunda qəza baş verib. Bu haqda 26 aprel tarixində APA məlumat verib.
Ziya Bünyadov prospektində kənar yolda “Hyundai” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığından keçib. Bu zaman Atatürk prospekti ilə hərəkət edən “Mercedes” markalı maşın “Hyundai” ilə toqquşub. “Hyundai” zərbənin gücündən yol kənarındakı səkiyə çırpılıb.
Qəza nəticəsində “Hyundai” avtomobilində olan bir nəfər xəsarət alıb.
[URIS id=42035]