Paytaxtın Nərimanov rayonunda avtomobildən külli miqdarda pul oğurlayan şəxs tutulub. Bu haqda bu gün, 28 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Asəf Şirvanov avtoyuma məntəqələrinin birində dayanan nəqliyyat vasitəsindən 15.000 AZN pul oğurlamaqda şübhəli bilinir.
Onun barəsində araşdırmalara başlanılıb.