Paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində “Niva” qəzaya düşüb. Bu haqda bu gün, 2 iyun tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
“Toyota” markalı nəqliyyat vasitəsi idarəetməni itirərək köməkçi yoldan çıxan “Niva” markalı avtomobilə, sonuncu isə zərbənin təsirindən işıq dirəyinə çırpılıb.
“Niva”nın sürücüsü və azyaşlı sərnişini xəsarət alıblar. Onlar 3 nömrəli xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
[URIS id=46844]