Paytaxtın Nərimanov rayonunda yerləşən bağçalardan birində oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 24 yanvar tarixində Bakuplus.az Reporta istinadən məlumat verir.
Cəbrayıl rayon sakini R.Şirinov müəssisədən 1200 manatlıq naqil, eləcə də rayon ərazisində yerləşən inzibati binaların birindən 60 metr naqil, 50 ədəd pəncərə, pəncərə çərçivələri oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Daha bir oğurluq həmin rayonun, F.Yusifov küçəsində yerləşən gözəllik salonunda qeydə alınıb. Paytaxt sakini M.Məmmədov şübhəli şəxs qismində tutulub. O, müşahidə kamerası və kosmetika ləvazimatları oğurlamaqda ittiham olunur.
Hər iki şəxs ətrafında araşdırmalar davam edir.