Bakıda gənc oğlan kütləvi dava zamanı qətlə yetirilib. Bu haqda 18 fevral tarixində Report məlumat verib.
Nərimanov rayonu, Təbriz küçəsində kütləvi dava zamanı 29 yaşlı Fərid Alirzayev ürəyindən bıçaqlanaraq öldürülüb.
Faktla bağlı araşdırma davam edir.