Bakıda ötən gün 25 yaşlı gənc bıçaqlanıb. Bu haqda Report məlumat verib.
Nərimanov rayonunda Sakit Novruzov bıçaq xəsarəti alıb. Yaralı kürək nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Sakit Novruzovu bıçaqlamaqda qardaşı şübhəli bilinir.
Faktla bağlı araşdırma davam edir.