Bakıda hündürlükdə işləyən işçi oradan yıxılıb. Bu haqda bu gün, 14 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən şirkətlərin birinin zirzəmisində işləyən elektrik Yavər Səvrixanov oradan yıxılıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar aparılır.