Bakıda 11 yanvar tarixində anbar yanıb. Bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Nərimanov rayonunda ümumi sahəsi 250 kv.m. olan anbarda yanğın baş verib. Anbarın içərisində istifadəyə yararsız kisələr yanıb. Nəticədə anbarın 20 kv.m. sahəsinə ziyan dəyib.
Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb. Anbarın qalan hissəsi yanğından mühafizə olunub.