Bakının Nərimanov rayonundakı evlərin birindən kombi aparatını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 1 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumat əsasında müvafiq tədbirlər görülüb. 2000 manat dəyərində kombini oğurlamaqda şübhəli bilinən Zərdab rayon sakini A.Vahidov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.