Bakıda avtomobildən oğurluq edən şəxs polis tərəfindən tutulub. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən bu gün, 2 iyun tarixində xəbər verir.
Ötən ilin noyabr ayında Nərimanov rayonu ərazisində bir avtomobildən 1000 manat pul və 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini E.Zeynalov saxlanılıb.
İstintaq tədbirləri davam edir.