Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda Report 10 fevral tarixində xəbər verib.
Nərimanov rayonunda yolu keçmək istəyən 56 yaşlı Arzu İsrafilovanı avtomobil vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri alıb.
Yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.