Bakıda piyadanın ölümü ilə bağlı cinayət işi başlanıb. Bu haqda 8 fevral tarixində APA məlumat verib.
Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yolu keçən Afət Hacıyeva Tural Cavadovun idarə etdiyi "Mercedes" markalı avtomobillə vurulub. O, aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin "Yol istismar qaydalarını pozma" maddəsi ilə cinayət işi açılıb.