Paytaxtın Nərimanov rayonunda müştəri restoranda dünyasını dəyişib. Bu haqda bu gün, 6 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
65 yaşlı Şirvan Quliyev adıçəkilən rayon ərazisində yerləşən “Mali” restoranında olan zaman qəfil vəfat edib. Onun üzərində zorakılıq əlamətləri aşkar edilməyib.
Faktla bağlı prokurorluqda araşdırmaya başlanılıb.