Bakının Nərimanov rayonunda yerləşən metal sexindən oğurluq edən şəxs saxlanılıb. Bu haqda bu gün, 4 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Mayın 1-nə keçən gecə Nərimanov RPİ-nin 17-ci polis bölməsinə rayondakı sexlərin birindən 6000 manat dəyərində əlvan metal oğurlanması barədə məlumat daxil olub.
Axtarış-əməliyyat tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nizaməddin Ağayev müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.