Paytaxtın Nərimanov rayonunda velosiped oğurlayan şəxs tutulub. Bu haqda bu gün, 2 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Əvəllər məhkum olunmuş Babək Abdullazadə metronun “Gənclik” və “Nəriman Nərimanov” stansiyaları yaxınlığında ümumilikdə 9 ədəd velosiped oğurlamaqda şübhəli bilinir. O, velosipedləri digər şəxslərə satırdı.
Faktla bağlı araşdırma aparılır.