Paytaxtın Nərimanov rayonunda yerləşən yaşayış binasında yanğın baş verib. Bu haqda bu gün, 29 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 57 kv.m olan mənzilin eyvanı 4 kv.m, tavanı isə 2 kv.m sahədə alışıb. Evin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.