Paytaxtın Nərimanov rayonunda yaşlı kişi avtoqəzaya düşüb. Bu haqda bu gün, 5 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
62 yaşlı Hamlet Mahmudov Ziya Bünyadov prospektində avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmaya başlanılıb.