Paytaxtın Nərimanov rayonunda yerləşən restoranda yanğın baş verib. Bu haqda bu gün, 17 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 300 kv.m olan restoranın divarında quraşdırılan tüstü bacasında başlayıb. Nəticədə bacanın içindəki yağ qalıqları yanıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.