Paytaxtın Nərimanov rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 3 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 10 kv.m olan tikilidə başlayıb. Nəticədə tikili tamamilə kül olub. Yaxınlıqda yerləşən yağ çəlləklərinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.