Nərimanov rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 1 iyul tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə Heydər Əliyev Mərkəzinin qarşısında baş verib. 46 yaşlı Ramin İsmayılov avtomobil yolunu piyadalar üçün nəzərdə tutulmayan hissədən keçən zaman onu maşın vurub. Nəticədə piyada ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.