Nərimanov rayonunda avtomobil yol hərəkəti qaydasını kobud şəkildə pozub. Bu haqda 9 fevral tarixində Avtosfer.az xəbər verib.
Əhməd Rəcəbli küçəsində 10-AH-533 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü qoşa xəttin tələbini pozaraq əks yola çıxıb. Bununla da o, digər sürücülərin hərəkətinə maneə törədib.
Sürücülər bu küçədə qayda pozuntularını qeydə alan kameranın olmamasından istifadə edərək mütəmadi olaraq yol hərəkəti qaydalarını pozurlar.