Bakının Nərimanov rayonunda 43 yaşlı kişi bıçaqlanıb. Bu haqda 21 fevral tarixində APA məlumat verib.
Hadisə Ceyhun Hacıbəyli küçəsində yerləşən “Ziyad” kafesində baş verib. Məhərrəm Məmmədov mübahisə zamanı tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Yaralı kişi xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.