Nərimanov rayonunda yaşayış binasında yanğın baş verib. Bu haqda bu gün, 11 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma çoxmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən avtomobil ehtiyat hissələri satışı mağazasında baş verib. Ümumi sahəsi 190 kv.m olan obyektin anbarı 12 kv.m sahədə yanıb. Mağazanın digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.