Bakının Nərimanov rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 6 mart tarixində APA məlumat verib.
Həsən Əliyev küçəsində yolu keçən 23 yaşlı Rafət Manafovu “Skoda” markalı minik avtomobili vurub. Yaralı gənc Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, koma vəziyyətində qalır.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.