Bakının Nərimanov rayonunda kişidən tapança götürülüb. Bu haqda bu gün, 15 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Fuad Musayev saxlanılıb. Ondan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd daraq və 5 patron aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.