Bakının Nərimanov rayonu ərazisində qadının içərisində 1300 manat pulu, 2 boyunbağısı və sənədi olan cüzdanı oğurlanıb. Bu haqda bu gün, 8 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakini İsmayıl Nəcəfi müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.