Paytaxtın Nərimanov rayonu, Böyükşor qəsəbəsində bir nəfərin pul və telefonunu oğurlayan şəxs tutulub. Bu haqda bu gün, 20 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Balakən rayon sakini, əvvəllər məhkum olunmuş Amil Xəlilov adıçəkilən qəsəbədə 1 nəfərin 2000 AZN pulunu və mobil telefonunu oğurlamaqda şübhəli bilinir.
Onun barəsində araşdırmalar davam edir.