Bakının Nərimanov rayonu, Təbriz və Koroğlu Rəhimov küçələrinin kəsişməsində yerləşən yaşayış binasında yanğın baş verib. Bununla əlaqədar həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Bu haqda bu gün, 26 yanvar tarixində Bakı Nəqliyyat Agentliyi məlumat verib.
Məlumatda bildirilir ki, 13 saylı marşrut avtobusunun hərəkət sxemi müvəqqəti dəyişdirilib. Avtobuslar alternativ küçələrdən istifadə edərək hərəkəti davam edir.
Yanğın saat 15:00 radalərində çoxmərtəbəli yaşayış binasında baş verib. Hadisə yerinə FHN briqadaları cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
[video width="640" height="352" mp4="https://bakuplus.az/storage/photos/2022/01/video-bakuplus.mp4"][/video]